Misir prezidenti Əbdülfəttah əs-Sisi ölkəsinin qlobal gəmiçilik marşrutu olan Süveyş kanalından əldə etdiyi gəlirin 40-50 faiz azaldığını bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Misirin rəsmi “MENA” agentliyi məlumat yayıb.
“Misir 2 il ərzində Covid-19 epidemiyasının, daha sonra Ukrayna-Rusiya böhranının, daha sonra isə onun nəticələrindən əziyyət çəkib. Hazırda Qəzza zolağındakı böhranla Misirə ildə təqribən 10 milyard dollar gəlir gətirən gəmi dəhlizinin 40-50 faiz azaldığını görürsünüz. Biz şikayət etmirik, faktları danışırıq”,- deyə Misir prezidenti qeyd edib.