Misirin xarici işlər naziri “Rəfah” keçid məntəqəsinin bağlanmasının nəticələri barədə xəbərdarlıq edibbackend

Misirin xarici işlər naziri “Rəfah” keçid məntəqəsinin bağlanmasının nəticələri barədə xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza zolağı ilə Misir arasındakı sərhəddə yerləşən “Rəfah” keçid məntəqəsinin fəaliyyətinin dayandırılması fəlakətli humanitar nəticələrə səbəb ola bilər.

NOCOMMENT.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Misirin xarici işlər naziri Sameh Şukri ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bildirib.

Agentliyin məlumatına görə, əsas müzakirə mövzusu Fələstin anklavındakı vəziyyət olub. Söhbət zamanı Şükri qeyd edib ki, İsrailin Qəzza zolağında əməliyyatını davam etdirməsi regionda ciddi təhlükəsizlik riskləri yaradır.

“Nazir […] amerikalı həmkarına Rəfah sərhəd-keçid məntəqəsinin bağlanması və İsrailin genişmiqyaslı hücumlarının davam etməsi səbəbindən 1,4 milyondan çox fələstinliyə təsir edəcək fəlakətli humanitar nəticələri təsdiqləyib”, – Misir Xarici İşlər Nazirliyi bildirib.