Mişustin Çinə səfəri çərçivəsində həmkarı Li ilə görüşdübackend

Mişustin Çinə səfəri çərçivəsində həmkarı Li ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Çinə 2 günlük rəsmi səfəri çərçivəsində paytaxt Pekində olan Mişustin həmkarı Li Çanq ilə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, Görüş zamanı Mişustin iki ölkə arasında əlaqələrin görünməmiş səviyyədə artdığını vurğulayıb.

“Rusiya və Çin beynəlxalq arenada artan qarışıqlığa və kollektiv Qərbin qeyri-qanuni sanksiya təzyiqinə birgə qarşı çıxır” deyə o qeyd edib.

Beynəlxalq mühitin qeyri-sabitliyinə baxmayaraq, iki ölkə arasında ticari və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyinə diqqət çəkən Mişustin ikitərəfli ticarət həcminin ötən il 190 milyard dolları keçdiyini, bu ilin birinci rübündə isə 25 faiz artımla 52 milyard dollara çatdığını bildirib.

NOCOMMENT.AZ