Mişustin Əli Əsədova zəng etdi – Ad günü təbrikibackend

Mişustin Əli Əsədova zəng etdi – Ad günü təbriki

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycandan olan həmkarı Əli Əsədovla telefon danışığı aparıb, tərəflər ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb .

Mixail Mişustin Əli Əsədovu ad günü münasibətilə də təbrik edib.

Qeyd edək ki, noyabrın 26-da Rusiya və Azərbaycan liderləri Vladimir Putin və İlham Əliyev arasında telefon danışığı olub.

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dekabrın 5-də Azərbaycandan olan həmkarı Ceyhun Bayramovla danışıqlar aparacağı da məlum olub.

Baş nazir Əli Əsədov 30 noyabr 1956-cı ildə Bakıda anadan olub. Bu gün onun 66 yaşı tamam olur.

Publika.az