Mişustin Rusiyanın sanksiyalar altında həyata adaptasiyasından danışıbbackend

Mişustin Rusiyanın sanksiyalar altında həyata adaptasiyasından danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici sanksiyalar altında həyata uyğunlaşa bilib.

NOCOMMENT.az xəbər verir ki, bunu baş nazir Mixail Mişustin deyib.

Baş nazir ölkəyə sanksiya təzyiqinin artmaqda davam etdiyinə diqqət çəkib.

“Lakin biz uyğunlaşa bildik. Müxtəlif sənaye sahələrində daxili istehsal və idxalın əvəzlənməsi inkişaf edir”, – deyə o vurğulayıb.

Siyasətçi əlavə edib ki, Moskva iqtisadi dinamikanı sabitləşdirmək və investisiya fəallığını bərpa etmək üçün lazım olan hər şeyi etməyə davam edəcək.

Mişustin qeyd edib ki, Rusiya sənayesi ötən ilin ilk 11 ayında dörd faizdən çox, istehsal sektorunda isə səkkiz faiz artım göstərərək “yaxşı nəticələr” göstərə bilib.