Mixael Şumaxerin saatları hərracda satılıbbackend

Mixael Şumaxerin saatları hərracda satılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfsanəvi “Formula 1” pilotu Mixael Şumaxerin kolleksiyasından bəziləri, xüsusi olaraq onun üçün hazırlanmış saatlar hərracda satılıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Ümumilikdə hərraca 8 saat çıxarılıb və onların ümumi dəyəri 3,75 milyon avro qiymətləndirilib. Gəlir gözləniləndən az olub və 3 443 755 avro təşkil edib.

Ən bahalı saat isə 1 244 446 avroya satılıb.

Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.