Mixail Qorbaçovdan Qarabağla bağlı açıqlamabackend

Mixail Qorbaçovdan Qarabağla bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dağlıq Qarabağ problemi Azərbaycan və Ermənistanın aparıcı rolu qalmaqla qalibsiz və məğlubsuz hər iki tərəfin maraqları nəzərə alınmaqla həll edilməlidir”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçov Qarabağla bağlı danışıqları dəyərləndirərkən bildirib.

“Qarabağ məsələsinə gəlincə, çox ağır, köhnə, kökləri keçmişə gedib çıxan məsələdir. Biz münaqişə sərtləşəndə hər iki respublikaya yardım etməyə cəhd etdik. Bunun nəticəsi olaraq Rusiya səy göstərdi. Ümid edirəm ki, münaqişə edən tərəflərin aparıcı rolu qalmaqla Rusiya kömək edə bilər. Ermənistan və Azərbaycan tənzimlənmə üçün danışıqlar aparacaqlarına dair üzərlərinə öhdəlik götürüblər. Məsələ qalibsiz və məğlubsuz hər iki tərəfin maraqlarına uyğun həll edilməlidir”, – deyə o bildirib.