Mixaylov: Nazirin müəmmalı ölümü kimə sərf edirdi?backend

Mixaylov: Nazirin müəmmalı ölümü kimə sərf edirdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya FHN rəhbəri Yevgeni Ziniçevin ölümünə dair hansısa sui-qəsd nəzəriyyələri tamamilə perspektivsizdir. İndi doğrudan da həm federal, həm də beynəlxalq KİV-lər Rusiya hakimiyyətində olacaq gələcək dəyişiklikləri tez-tez müzakirə edir, çünki prinsipcə, dünya sabitliyi məhz dolayısı ilə Kremlin güc strukturlarındakı adlarla bağlıdır.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında rusiyalı ekspert, hərbi müxbir Yevgeni Mixaylov bildirib.

Onun sözlərinə görə, Ziniçevin dövlətdə ən yüksək vəzifəyə (prezident) mümkün namizəd kimi də bir neçə dəfə adı hallanıb, çünki o, həqiqətən də Vladimir Putinin etibar etdiyi bir adam idi: “Hazırda Ziniçevin ölümündə müəmmalıq axtaranlar onun əsl hərbçi olduğunu unudur. Mən onu şəxsən tanıyan bir adam kimi deyə bilərəm ki, o, həqiqətən də bir insanı belə xilas etməkdən ötrü öz həyatını riskə ata biləcək ürəyə malik bir zabit idi. Əsl zabit! Ziniçevin insan həyatını xilas edərək ölməsi onu tanıyanlar üçün qəribə bir xəbər kimi qarşılanmadı.

O, sadəcə, əsl nazir və başqalarının arxasında gizlənməyən əsl zabit idi. Buna görə Ziniçev düşünmədən həyatını təhlükəyə atdı və öldü.

Müasir Rusiyanın siyasi isteblişmentində o qədər də çox olmayan insanlardan biri getdi. Amma onu da qeyd edim ki, Ziniçevin ölümü ilə bağlı müxtəlif şok fərziyyələr davam edəcək. Çünki kimlərəsə sərf edir”.