ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Uilyam Vebster 101 yaşında vəfat edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə FTB-nin saytında dərc olunan məlumatda deyilir.
“FTB Uilyam Vebsterin ailəsinə başsağlığı verir”, – deyən mənbə onun ABŞ Hərbi Dəniz Qüvvələri və federal məhkəmə də daxil olmaqla ölkəsinə 60 ildən çox xidmət etdiyini qeyd edib.
Xatırladaq ki, Vebster 1978-1987-ci illərdə FTB-yə və 1987-1991-ci illərdə MKİ-yə rəhbərlik edib. “The Wall Street Journal” yazıb ki, o, Amerika tarixində hər iki kəşfiyyat agentliyinə rəhbərlik edən yeganə şəxs olub.\\News24.az