MM bəzi şəhər və rayonlarda hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edib – YENİLƏNİBbackend

MM bəzi şəhər və rayonlarda hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edibYENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hərbi vəziyyətlə əlaqədar Bakı, Gəncə, Göygöl, Yevlax və bir sıra şəhərlərdə komendant saatının elan olunması nəzərdə tutulur. 

17:45

Milli Məclisin bu gün keçirilən iclasında ölkənin bəzi şəhər və rayonlarında hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, bu qərar Azərbaycan Prezidenti tərəfindən 48 saat müddətində təsdiq ediləcək: “Nəhayət, Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad olunması vaxtı gəlib çatıb. Müvafiq şəhər və rayonlarda yaşayan əhalini hərbi vəziyyətin və komendant saatının tələblərinə uymağa çağırırıq”.

Deputat qeyd edib ki, komendant saatı elan edilməsi ilə bağlı vəziyyət DİN-in səlahiyyətinə verilib: “Müvafiq şəhər və rayonlarda komendant saatı da tətbiq olunacaq”. “APA”