MM sədri Pakistan Milli Assambleyasının sədri ilə görüşübbackend

MM sədri Pakistan Milli Assambleyasının sədri ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Sədri Sahibə Qafarova Pakistana rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının Sədri Əsəd Qeysərlə görüşüb.

Bu barədə NOCOMMENT.az -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclis Sədrinin rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyətini Pakistanda görməkdən məmnun olduğunu deyən Milli Assambleyanın Sədri bu səfərin iki ölkə arasında parlamentlərarası münasibətlərin inkişafına yeni töhfələr verəcəyinə əminliyini bildirib. İki ölkənin qanunverici orqanlarının İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası çərçivəsində əməkdaşlığını yüksək qiymətləndirən Əsəd Qeysər qurumun İkinci Ümumi Konfransında müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb.