MN: Azərbaycan Ordusunun mövqeləri atəşə tutulubbackend

MN: Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 15-də saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə NOCOMMENT-ə Müdafiə Nazirliyindən bildirilib.

Bundan başqa, Azərbaycan Ordusunun Ağdam rayonu ərazisində yerləşən mövqeləri də noyabrın 16-sı saat 00:50-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən atəşə tutulub.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.