MN: Düşmən Tərtər və Ağdam rayonlarının kəndlərini atəşə tuturbackend

MN: Düşmən Tərtər və Ağdam rayonlarının kəndlərini atəşə tutur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 5-də saat 14:40-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Səhləabad kəndini, eləcə də Ağdam rayonunun Hacıturallı və Əfətli kəndlərini artilleriya atəşinə tutur.

NOCOMMENT xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülür”, – deyə məlumatda qeyd edilib.