MN: Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edirbackend

MN: Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir”.

NOCOMMENT xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı danışıb.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun ard-arda uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb.

“Belə ki, Ermənistan tərəfi həmişə olduğu kimi əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir. Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir”, – deyə polkovnik fikrini tamamlayıb.