MN: Kəlbəcər və Laçında bölmələrimiz artilleriya atəşinə məruz qalıbbackend

MN: Kəlbəcər və Laçında bölmələrimiz artilleriya atəşinə məruz qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub.

Bu barədə NOCOMMENT-ə Müdafiə Nazirliyindən məlumat verilib.

“Bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür. Hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür”, – deyə məlumatda qeyd edilib.