MN: Türkiyə heyəti artıq Azərbaycandadır – VİDEObackend

MN: Türkiyə heyəti artıq Azərbaycandadır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində yer alacaq türkiyəli heyət artıq Azərbaycandadır”.

NOCOMMENT xəbər verir ki, bunu report-a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

“Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatının müvafiq bəndinə əsasən yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gündən etibarən fəaliyyətə başlayır. Birgə Monitorinq Mərkəzində təmsil olunacaq türkiyəli hərbçilər Azərbaycana gəliblər.

Onu da qeyd edim ki, Birgə Monitorinq Mərkəzində təmsil olunacaq rusiyalı hərbçilər də artıq ölkəmizdədir”, – deyə polkovnik V.Dərgahlı bildirib.