Hindistanın baş naziri Narendra Modi ABŞ-ın hind mallarına qarşı yeni rüsumlar tətbiq etməsi fonunda fermerlərə və kiçik biznesə hökumət dəstəyi veriləcəyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti xəbər yayıb.
“Mənim hökumətim heç vaxt kiçik sahibkarlara, fermerlərə və heyvandarlıqla məşğul olanlara zərər vurulmasına imkan verməyəcək. Hansı təzyiq göstərilməsindən asılı olmayaraq, müqavimət göstərmək üçün gücümüzü möhkəmləndirməyə davam edəcəyik”, – Modi Qucarat ştatında keçirilən mitinqdə çıxışında bildirib.