Hindistan tərəfi Ukraynadakı vəziyyətin sülh yolu ilə həlli yollarını tapmaq üçün son vaxtlar görülən bütün səyləri alqışlayır.
NOCOMENT.az bildirir ki, bunu Hindistanın baş naziri Narendra Modi Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə deyib.
“Biz sülhü təmin etmək üçün bütün son səyləri alqışlayırıq və ümid edirik ki, bütün tərəflər bu prosesə konstruktiv yanaşacaqlar”, – Modi münaqişəyə tez bir zamanda son qoymağa çağırıb.
Hindistan hökumətinin başçısı qeyd edib ki, Hindistan və Rusiya müntəzəm olaraq Ukrayna ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparırlar.
Hindistan ardıcıl olaraq Ukraynadakı münaqişənin danışıqlar masası arxasında nizamlanmasının tərəfdarıdır. Respublika Qərbin Moskvaya qarşı sanksiyalarına qoşulmayıb. Keçən il Yeni Dehli nizamlanma məsələləri ilə bağlı Rusiya və Ukrayna ilə fəal əlaqə saxladı. Modi Moskva və Kiyevə səfər edib.