Hindistanın baş naziri Narendra Modi Polşa və Ukraynaya qarşıdakı səfərləri zamanı bu dövlətlərin başçıları ilə görüşlər keçirəcək. O, həmçinin Ukrayna prezidenti Vladimir Zelenski ilə Ukraynada davam edən münaqişənin sülh yolu ilə həlli mövzusunu da müzakirə edəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Mənim Polşaya səfərim bizim diplomatik əlaqələrimizin 70 illiyinə təsadüf edir. Polşa Mərkəzi Avropada əsas iqtisadi tərəfdaşdır. Demokratiyaya və plüralizmə ortaq bağlılığımız münasibətlərimizi daha da gücləndirir. Mən tərəfdaşlığımızı daha da inkişaf etdirmək üçün dostum baş nazir Donald Tusk və prezident Anjey Duda ilə görüşü səbirsizliklə gözləyirəm”, -deyə o vurğulayıb.
O qeyd edib ki, Polşadan Vladimir Zelenskinin dəvəti ilə Ukraynaya səfərə gedəcək.
“Bu, Hindistanın baş nazirinin Ukraynaya ilk səfəridir. Mən prezident Zelenski ilə ikitərəfli əməkdaşlığın gücləndirilməsi və Ukraynada davam edən münaqişənin sülh yolu ilə həllinə dair fikir mübadiləsinin aparılması ilə bağlı əvvəlki danışıqları davam etdirməyi səbirsizliklə gözləyirəm”, – Hindistan hökumətinin başçısı deyib.