MOK: Olimpiya məşəli noyabrın 26-da Yunanıstanda alovlandırılacaqbackend

MOK: Olimpiya məşəli noyabrın 26-da Yunanıstanda alovlandırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı il Qış Olimpiya Oyunları üçün Olimpiya məşəli noyabrın 26-da Qədim Olimpiyada keçiriləcək mərasimdə alovlandırılacaq.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Milli Olimpiya Komitəsi (MOK) məlumat yayıb.

Təxminən 450 məşəlçinin iştirak edəcəyi estafet noyabrın 26-da Qədim Olimpiyada başlayacaq, bir sıra şəhərlərdə davam edərək dekabrın 4-də Panathenaik Stadionunda başa çatacaq.

Qeyd edək ki, 2026-cı il Qış Olimpiya Oyunları fevralın 6-dan 22-dək Milanda və Kortina d’Ampezzoda keçiriləcək.