Moldova Dnestryanıya qaz göndəribbackend

Moldova Dnestryanıya qaz göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldovagaz enerji şirkəti qaz kəmərinin funksionallığını dəstəkləmək üçün ilk qaz partiyasını Pridnestroviya Moldova Respublikasına (PMR) göndərib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qaz üç milyon kubmetr partiyadan göndərilib. Yanacağın tədarükü Moldovaqaz və Tiraspoltransqaz arasında bağlanmış kredit sazişi çərçivəsində həyata keçirilir. Müqaviləyə əsasən, Dnestryanı tədarük etdiyi qazı 2025-ci il martın 1-dək qaytarmalıdır.

Bundan əvvəl Moldovanın keçmiş prezidenti İqor Dodon Kişinyov və dövlət başçısı Maya Sandu enerji böhranının qarşısını almaq üçün heç nə etmədiklərini bəyan etmişdi. Eyni zamanda, onun sözlərinə görə, Moldova rəhbərliyi Ukraynanın Rusiya qazının tranzitini dayandırmaq qərarından bir il yarım əvvəl xəbərdar idi.