Moldovada enerji sahəsində fövqəladə vəziyyətin tətbiqindən sonra enerji istehlakında azalma müşahidə olunub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.
O cümlədən, dekabrın 27-dən 29-dək Moldovada ümumi elektrik enerjisi istehlakı 43 milyon kilovatsaatdan artıq olub.
“Bu dövrdə enerji istehlakında mütərəqqi azalma müşahidə olunub ki, bu da həm ilin sonunda iqtisadi fəallığın ənənəvi azalması, həm də ayrı-ayrı sektorlarda istehlakın optimallaşdırılması ilə bağlıdır”, – nazirlikdən bildirilib.