Moldova hava məkanını yenidən açdıbackend

Moldova hava məkanını yenidən açdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova hava məkanını müvəqqəti bağladıqdan sonra yenidən açıb.

NOCOMMENT.az xəbər verir ki, ölkənin Mülki Aviasiya Qurumundan verilən açıqlamada, “mülki aviasiyanın təhlükəsizliyini təmin etmək üçün” müvəqqəti bağlandıqdan sonra hava sahəsinin uçuşlara yenidən açıldığı bildirilib.

Moldova prezidenti Maya Sandu Rusiyanın xarici təxribatçılardan istifadə edərək hökuməti devirmək, Moldovanın Aİ-yə qoşulmasının qarşısını almaq və Moldovanı Ukraynaya qarşı müharibədə istifadə edərək sabitliyi pozmaq planlarının olduğunu iddia edib.

Rusiya da bu bəyanatları təkzib edərək, “bu cür iddialar tamamilə əsassızdır” deyib.

Rusiyanın açıqlamasından qısa müddət sonra isə Moldovanın hava məkanını müvəqqəti bağladığı qeydə alınıb.

NOCOMMENT.AZ