Moldova hökuməti respublikanın cənubundakı kəndlərdə neft və qaz yataqlarını milliləşdirir. Müvafiq qanun iki oxunuşda ölkə parlamenti tərəfindən qəbul edilib.
NOCOMMENT.az xəbər verir ki, “Parlament ölkənin cənubunda təbii qaz və xam neft yataqlarının istismarı üçün nəzərdə tutulan aktivləri hökumətin nəzarətə götürməsi ilə bağlı qanun layihəsini qəbul edib. Qanun layihəsi birinci və ikinci oxunuşda qəbul edilib”, – bu barədə RİA Novosti Qanunvericilik Assambleyasının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Söhbət Moldovanın Cahul rayonunun Valeni kəndində və Kantemir rayonunun Viktorovka kəndindəki neft mədənlərindən gedir. Milliləşdirmə qərarı yataqların işlənməsi üçün lisenziyaya malik olan Redeco və Valiexchimp şirkətlərinin fəaliyyətində bir sıra problemlər aşkar edildikdən sonra qəbul edilib. Hakimiyyət xüsusi mülkiyyətçilərin hərəkətlərini səmərəsiz hesab edib.