Moldova prezidentinin andiçmə tarixi açıqlanıbbackend

Moldova prezidentinin andiçmə tarixi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova prezidentinin andiçmə mərasimi dekabrın 24-də Kişinyovda Respublika sarayında keçiriləcək.

NOCOMMENT xarici mediaya istinadən xəbər verir ki, bunu Moldovanın yeni prezidenti Maya Sandu bildirib. Onun sözlərinə görə, pandemiyaya görə andiçmə mərasimində iştirak edənlərin sayı məhdud olacaq.

Qeyd edək ki, Moldovada noyabrın 15-də keçirilən prezident seçkisində Fəaliyyət və Həmrəylik Partiyasının lideri Maya Sandu 57,75 faiz səs toplayaraq qalib gəlib.