Moldova Rusiya ilə münasibətləri tarixin ən pisi adlandırıbbackend

Moldova Rusiya ilə münasibətləri tarixin ən pisi adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova ilə Rusiya arasında münasibətlərin yaxşılaşdırılması üçün heç bir ilkin şərt yoxdur, lakin bu, bir şərtlə baş verə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin rəhbəri Mixay Popşoy Moldova-1 telekanalının efirində bildirib.

O qeyd edib ki, hazırda Moskva ilə Kişinyov arasında münasibətlər postsovet tarixində ən aşağı nöqtədədir. Popşoy bunu Ukraynadakı hərbi əməliyyatlarla əlaqələndirib.

“Nə qədər ki, onlar davam edir, biz Rusiya ilə münasibətlərimizdə hər hansı yaxşılaşma üçün ilkin şərtlər görmürük”, – deyə Popşoy bildirib.