Moldova və Aİ təhlükəsizlik və müdafiə üzrə saziş imzalayıbbackend

Moldova və Aİ təhlükəsizlik və müdafiə üzrə saziş imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı və Moldova təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq sazişi bağlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Cozep Borrel “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Moldova Avropa İttifaqı ilə təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq sazişi bağlayan ilk ölkə oldu”, – Borrell qeyd edib.

Onun sözlərinə görə, müvafiq saziş Moldovanın “sabitliyini artıracaq”. O, əlavə edib ki, bu, bizə ümumi təhlükəsizlik problemlərini həll etmək, tərəflər arasında qarşılıqlı fəaliyyətin səmərəliliyini artırmaq və Moldova ilə Avropa İttifaqı arasında əməkdaşlığın yeni sahələrini araşdırmaq üçün birgə işləməyə imkan verəcək.