Moldova vətəndaşlarının yarıdan çoxu ölkənin NATO-ya daxil olmasına qarşı çıxıb.
NOCOMMENT.az xəbər verir ki, RİA Novosti bu barədə Ates Research & Consulting SRL sosioloji şirkətinin keçirdiyi sorğunun məlumatlarına istinadən məlumat yayıb.
Araşdırmaya görə, respondentlərin 28,9 faizi Şimali Atlantika Alyansına qoşulmağın tərəfdarı olub. Respondentlərin 52,4 faizi blokda olmağın əleyhinə olub. Sorğu iştirakçılarının daha 18,7 faizi cavaba qərar verə bilməyib.
Qeyd olunur ki, araşdırma aprelin 5-dən 13-dək aparılıb, 283 yaşayış məntəqəsindən 1130 nəfər iştirak edib.