Moldova XİN Rusiya səfirliyinin üç əməkdaşını “persona non-qrata” elan edibbackend

Moldova XİN Rusiya səfirliyinin üç əməkdaşını “persona non-qrata” elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova Xarici İşlər Nazirliyi (XİN) Rusiya səfirliyinin üç əməkdaşını persona non qrata elan edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Xarici İşlər Nazirliyi rusiyalı diplomata nota göndərərək Rusiya səfirliyinin üç əməkdaşını persona non-qrata elan edib”, – deyə məlumatda bildirilir.

Moldova tərəfi iddia edir ki, Kişinyovun qərarı “Moldova Respublikası ərazisində diplomatik statusa zidd fəaliyyətin açıq sübutlarına əsaslanır”.

Həmçinin Rusiyanın Kişinyovdakı səfiri Oleq Ozerov da xüsusi xidmət orqanlarının ittihamları ilə bağlı Moldova Xarici İşlər Nazirliyinə gəlib.