Moldovada on minlərlə etirazçı iştirak edibbackend

Moldovada on minlərlə etirazçı iştirak edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kişinyovda Moldova müxalifəti on minə yaxın etirazçını küçələrə çıxarıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti öz müxbirinə istinadən məlumat yayıb.

Etirazın Moldovanın paytaxtında Suverenlik Günündə keçiriləcəyi bildirilir. Mənbə deyir ki, insanlar prezident Maia Sandu- nun siyasətinə etiraz etmək üçün çıxıblar.

“Newsmaker” nəşri eyni vaxtda Moldova liderinin “suverenlik marşı”nda iştiraka çağırışını elan edir . Sanduya görə, bu, “müstəqillik istəyi” və “azad gələcək” məqsədi daşıyır.

Bundan əvvəl Kişinyov hava limanında hüquq-mühafizə orqanları Moldova müxalifətinin nümayəndələrini Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumundan (SPİEF) qayıtdıqdan sonra saxlayıblar.