Moldovada Putinə qarşı güc nümayişi: Yalnız Ərdoğan iştirak etmədibackend

Moldovada Putinə qarşı güc nümayişi: Yalnız Ərdoğan iştirak etmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldovada keçirilən Avropa Siyasi Birliyinin Sammitində Putinə qarşı güc nümayişi edilib.

NOCOMMENT.az xəbər verir ki, Avropanın 50-yə yaxın lideri Moldovada Avropa Siyasi Birliyinin (AST) ikinci iclasına toplaşıb.

Paytaxt Kişinyovdan təxminən 40 kilometr aralıda yerləşən tarixi Mimi qalasında keçirilən AST Sammitinə Rusiya və Belarusdan başqa Avropa qitəsindəki 47 ölkənin və Avropa İttifaqı (Aİ) qurumlarının rəhbərləri dəvət olunub.

AST Sammitində Ukrayna prezidenti Vladimir Zelenski də iştirak edib. Qonşu və ev sahibi Moldovanın prezidenti Maia Sandu iştirak edəcəyi daha əvvəl rəsmi elan olunmayan Ukrayna liderini qarşılayıb.

Moldova Respublikasında aylardır hazırlanan toplantıda olmayan lider yalnız Rəcəb Tayyib Ərdoğan idi.

Mediada yer alan xəbərə görə, Moldovada keçirilən bu görüş bəzi mənbələr tərəfindən Putinə qarşı güc nümayişi kimi şərh edilib.

NOCOMMENT.AZ