Moldovanın yeni prezidenti bəlli olubbackend

Moldovanın yeni prezidenti bəlli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunda səsvermə bülletenlərinin 99 faizinin nəticələrini açıqlayıb.

NOCOMMENT xəbər verir ki, prezidentliyə namizəd, Moldovanın keçmiş Baş naziri Maya Sandu 55,98 (874 min səs) faiz səslə qalib gəlir. Moldavanın hazırki Prezidenti İqor Dodon isə 44,02 (688 min) faiz səs toplaya bilib.

Beləliklə, rəqiblər arasındakı fərq 12 faizə çatıb və ya təxminən 185 min səs təşkil edib.

Artıq Maya Sandu bəyanatla çıxış edib: “Söz verdiklərimizi həyata keçirmək üçün çox işimiz var. Səs verməyə gələn və bizə inanan bütün insanlara təşəkkür edirəm. Birgə cəmiyyətə ehtiyacımız var. Bizi birləşdirən bir şeyə ehtiyacımız var. Seçkilərdən sonra etməli olduğumuz ilk şey budur. İnsanları qoruyacaq və onlara qayğı göstərəcək dövlət qurmaq lazımdır”- deyə, o bildirib.