Möminə Xatın Türbəsinin mövcud vəziyətinin hərtərəfli tədqiqi və ölçmə işlərinin aparılması üçün ilkin baxış keçirilib.
NOCOMMENT.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”na uyğun olaraq Möminə Xatın Türbəsinin bərpası və ərazinin abadlaşdırılması ilə bağlı layihələndirmə işlərinin aparılması məqsədilə “Atelier Erich Pummer GMBh” şirkətilə müqavilə bağlanılıb.
Sentyabrın 22-də şirkətin rəhbəri Erik Pumer və işçi qrupu Naxçıvana gəlmiş, Möminə Xatın Türbəsinin mövcud vəziyətinin hərtərəfli tədqiqi və ölçmə işlərinin aparılması üçün ilkin baxış keçirilmişdir.
Qeyd edək ki, şirkət Azərbaycanda bu sahədə 15 ildən artıqdır ki, fəaliyyət göstərir.