“Monteleone” 4 min cərimələndi: İdman ayaqqabısı yarasız hala salınıbbackend

“Monteleone” 4 min cərimələndi: İdman ayaqqabısı yarasız hala salınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda quru təmizləmə xidməti göstərən “Monteleone” ticarət nişanı ilə tanınan “Euro Cosmetics” Məhdud Məsuliyyətli Cəmiyyəti 4 min manat cərimələnib.

NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən şirkətə İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi (anunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi) protokol tərtib olunub və iş məhkəməyə göndərilib.

Şirkətə protokol tərtib edilməsinin səbəbi müştərinin təmizlənmək üçün verdiyi məhsulun yararsız hala salınmasıdır. Belə ki, müştəri məşhur şirkətə məxsus bahalı idman üslublu ayaqqabını təmizlənmək üçün “Monteleone”yə verib. Təhvil verdiyi zaman bir neçə dəfə dəqiqləşdirilməsi üçün məhsulun korlanmamasını, materialın həssas olduğunu, rənginin dəyişməməsini və daha öncə bir quru təmizləmə şirkətində oxşar hal ilə rastlaşdığını bildirib. “Monteleone”dan öz növbəsində bildirilib ki, heç bir problem olmayacaq, olarsa şirkət buna cavabdehlik daşıyacaq.

Müştəri məhsulu götürməyə gələn zaman ayaqqabının rənginin dəyişdiyini və yapışqanın yerindən qopduğunu görüb. Bununla bağlı “Euro Cosmetics” MMC-dən müştəriyə şirkət tərəfindən məhsulun təmizlənmə qiymətinin 10 mislini, yəni 600 AZN verə biləcəkləri bildirilib. Müştəri şirkətin təklif etdiyi kompensasiyadan narazı qalaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət edib. Xidmət tərəfindən araşdırma aparılıb, müştəriyə dəyən zərərə görə şirkətə İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə protokol tərtib edilib.

Məhkəmənin qərarı ilə qanuni təmsilçisi Nəzrin Svetkova Aleksandrovna olan “Euro Cosmetics” MMC İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 4000 manat məbləğində cərimə olunub.