Monteneqro Prezidentindən İlham Əliyevə TƏBRİKbackend

Monteneqro Prezidentindən İlham Əliyevə TƏBRİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Monteneqronun Prezidenti Milo Cukanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

NOCOMMENT.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Əlamətdar yubileyiniz – doğum gününüzün 60 illiyi münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti, Azərbaycanın və dəyərli Azərbaycan xalqının firavanlığı naminə ali dövləti vəzifənizin icrasında yeni uğurlar arzulayıram.

Fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması və dərinləşdirilməsinə şəxsi töhfələrinizi vurğulayır, qarşılıqlı maraqlarımız əsasında münasibətlərimizin birgə inkişafına və genişləndirilməsinə həmişə hazır olduğumu bildirirəm.

Həmçinin Azərbaycanın təkcə yerləşdiyi regionda deyil, Qərbi Balkanlarda, Avropada və beynəlxalq aləmdə də layiqli yerini tutmasında Sizin şəxsi xidmətlərinizi xüsusilə vurğulamaq istəyirəm.

Sizinlə ən yaxın zamanda görüşmək ümidi ilə yüksək ehtiramımı və dost salamlarımı çatdırıram”.