Monteneqroda meşə yanğınları davam edirbackend

Monteneqroda meşə yanğınları davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Monteneqronun şimalındakı Kolaşin şəhərində ötən gün axşam saatlarında başlayan meşə yanğını hələ də davam edir.

NOCOMMENT.az BBC-ə istinadən xəbər verir ki, mülki müdafiə və xilasetmə qrupları hazırda üç istiqamətdə aktiv olan yanğının söndürülməsi üçün səy göstərir. Yerli sakinlər gecə saatlarında alovun qəbiristanlığa və yaxınlıqdakı evlərə yayılmasının qarşısını alıblar. Əraziyə helikopter və digər texnikaların cəlb olunması istiqamətində iş aparılır.

Güclü külək yanğının lokallaşdırılmasına mane olur.