Gələn həftə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiyada Azərbaycan tərəfi ilə görüş keçirməyi və Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələlərini müzakirə etməyi planlaşdırır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
“Gələn həftənin sonunda mənim də Azərbaycan tərəfi ilə görüşüm planlaşdırılıb. Biz orada Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələsini nəzərdən keçirəcəyik. Beləliklə, proses irəliləyir”, – deyə Overçuk bildirib.\\Bakupost.az