Moskva-Bakı-İrəvan formatına Fransa da qoşulur? – Kreml AÇIQLADIbackend

Moskva-Bakı-İrəvan formatına Fransa da qoşulur? – Kreml AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Fransanın Qarabağ danışıqlarında vasitəçilik səylərini razılaşmaların həyata keçirilməsinə töhfə verərsə, bunu alqışlamağa hazırdır”.

NOCOMMENT.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Rusiyanın Fransanın Rusiya-Azərbaycan-Ermənistan formatına qoşulmaq niyyətinə hansı mövqeyi sərgilədiyi sualına Peskovun cavabı belə olub:

“Vasitəçilərin səyləri barışıq gətirərsə, bu, yalnız müsbət qarşılana bilər. Bu, mövcud razılaşmaların həyata keçirilməsinə kömək edərsə, o zaman yalnız xoş qarşılamaq olar”.

Peskov hesab edir ki, vasitəçilərin səyləri tərəflər arasında barışığa və bölgədə sabitliyə xidmət etməlidir, eyni zamanda proqnozlaşdırıla bilən olmalıdır.
konkret.az