Moskvanın Vnukovo və Şeremetyevo hava limanlarında dron hücumundan sonra tətbiq edilən uçuş məhdudiyyətləri səbəbindən 270-dən çox gəliş və uçuş təxirə salınıb.
NOCOMMENT.az xəbər verir ki, “Kovyor” adlı uçuş məhdudlaşdırma planı 27 dekabr saat 16:00-da Moskva bölgəsinə PUA hücumu səbəbindən Vnukovoda, bir saat sonra isə Şeremetyevoda tətbiq edilib. Məhdudiyyətlər yalnız gecə yarısı ətrafında qaldırılıb.













