Moskva hava limanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıbbackend

Moskva hava limanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Domodedovo və Jukovski hava limanlarında təyyarələrin qəbulu və buraxılmasına qoyulan müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi öz Telegram kanalında məlumat verib.

“Domodedovo və Jukovski (Ramenskoye) hava limanlarında təyyarələrin giriş-çıxışına qoyulan məhdudiyyətlər aradan qaldırılıb”, – məlumatda deyilir.

Məhdudiyyətlər Moskva vaxtı ilə saat 19:30-da tətbiq edilib və 20 dəqiqə sonra götürülüb.

Moskva meri Sergey Sobyaninin sözlərinə görə, hava hücumundan müdafiə sistemləri Moskva vilayətinə hücum edən daha bir pilotsuz uçan aparatı məhv edib.