Kiyevin 2025-ci ildə Moskva ilə münaqişəni bitirmək istəyi ilə bağlı səmimi bəyanatları mövcud ərazi reallıqlarını tanımağa hazır olma əsasında qurulmalıdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RIA Novosti Moskvadakı mənbəyə istinadla məlumat yayıb.
“Əgər bu bəyanat həqiqətən səmimidirsə, o zaman ərazi reallıqlarının tanınması və böhranın ilkin səbəblərinin aradan qaldırılmasına hazırlıq əsasında olmalıdır. Buraya Ukraynaya neytral statusun qaytarılması, insan haqlarına, milli azlıqlara, ruslara və rusdilli vətəndaşlara hörmət də daxildir,” – deyə mənbə bildirib.
Mənbənin sözlərinə görə, əgər Kiyevin belə niyyəti yoxdursa, bu cür bəyanatlar sülhə doğru real istəyi əks etdirmir.