“Moskva” kreyserində ölən və itkin düşənlərin sayı açıqlanıb- RƏSMİbackend

“Moskva” kreyserində ölən və itkin düşənlərin sayı açıqlanıb – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskva” raket kreyserinin batması ilə bağlı həqiqət məlum olub.

NOCOMMENT  xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin açıqlamasında vəziyyətə aydınlıq gətirilib.

Hərbi idarə qeyd edib ki, Qara Dəniz Donanmasının flaqmanının ölümünə səbəb aprelin 13-də gəminin göyərtəsində baş verən və sursatların partlamasına səbəb olan yanğın olub.

Dənizçilər yanğını təkbaşına söndürməyə çalışsalar da, cəhdləri baş tutmayıb.

“Gəminin sağ qalması uğrunda mübarizə zamanı bir əsgər həlak olub, daha 27 ekipaj üzvü itkin düşüb. Qalan 396 ekipaj üzvü Qara dəniz donanmasının bölgədəki gəmilərinə təxliyə edilərək Sevastopol şəhərinə aparılıb”.

Nazirlik əlavə edib ki, ölən və itkin düşən dənizçilərin ailələrinə lazımi dəstək göstərilir.

Qeyd edək ki, “Moskva” raket kreyseri – 1164 “Atlant” layihəsinin aparıcı gəmisi idi. “Moskva” sualtı qayıq əleyhinə kreyseri istismardan çıxarıldıqdan sonra onun adını və Qara Dəniz Donanmasının flaqmanı statusunu miras aldı. Gəmidə artilleriya silahları, zenit silahları, raketlər, sualtı qayıqlara qarşı silahlar və mina-torpedo silahları var idi.

NOCOMMENT.az