Moskva məhkəməsi “SnapChat”-ı 10 milyon rubl cərimələyibbackend

Moskva məhkəməsi “SnapChat”-ı 10 milyon rubl cərimələyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvanın Taqanski Rayon Məhkəməsi SnapChat sosial şəbəkəsinin sahibini rusların şəxsi məlumatlarını lokallaşdırmaqdan dəfələrlə imtina etdiyinə görə 10 milyon rubl cərimələyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti-yə məhkəmədən məlumat verilib.

“Moskvanın Taqanski rayonunun 422 saylı məhkəmə dairəsinin sülh məhkəməsi Snap Inc. Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.11-ci maddəsinin 9-cu hissəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinir”, – agentliyin həmsöhbəti bildirib.