Moskva narahatdır: Fransa İrəvanı ələ keçirirbackend

Moskva narahatdır: Fransa İrəvanı ələ keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən ilin sonunda Brüsseldən xahiş etdi ki, Azərbaycanla təmas xəttinə müşahidəçilər göndərsin. Brüssel iki aylığına təmas xəttinə müşahidəçilər göndərdi.

NOCOMMENT.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Moskva əvvəlcə buna etiraz etmədi, ancaq iki ay bitdikdən və Paşinyan Avropa Birliyinin müşahidə missiyasının müddətini və sayını artırmaqla bağlı Brüssellə razılığa gəldikdən sonra Kreml narahat olmağa başladı:

“Hazırda Moskvada hesab edirlər ki, Avropa Birliyi Rusiyanın Ukraynada başının qarışmasından istifadə edərək Cənubi Qafqazda, o cümlədən Ermənistanda hərbi nöqteyi nəzərdən möhkəmlənmək istəyir. Bu mümkündürmü?

Birincisi, AB NATO-dan fərqli olaraq, hərbi struktur deyil, hər hansı ölkədə hərbi baza yarada bilməz. Misal üçün AB Rusiyanın Gümrüdəki hərbi bazasını əvəz edə bilməz. Bu, praktik baxımdan mümkün deyil.

İkincisi, AB-yə üzv dövlətlərin bir qisminin Cənubi Qafqazda maraqları olsa da, Cənubi Qafqazda Rusiya ilə toqquşmaq istəmirlər.

Üçüncüsü, AB üzvü dövlətlər arasında Azərbaycanla strateji tərəfdaş olanlar da var, enerji əməkdaşlığı mövcuddur. Həmin dövlətlər AB-nin müşahidəçi missiyasının tərkibində yer almağa tələsməyəcəklər. AB-nin Ermənistana göndərəcəyi müşahidəçi missiyasında əsasən Fransa nümayəndələri yer alacaqlar. Əslində Kreml AB-dən çox, Fransanın Ermənistanla sıx əlaqələrindən narahat olmalıdır”.