Moskva, Pekin və Tehran nüvə sazişinin bərpasını dəstəkləyibbackend

Moskva, Pekin və Tehran nüvə sazişinin bərpasını dəstəkləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya, Çin və İran nüvə sazişi üzrə razılaşmanın davam etdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın Tasnim xəbər agentliyinin dərc etdiyi üç ölkənin birgə bəyanatında deyilir.

Sənəddə qeyd olunur ki, Moskva, Pekin və Tehran ardıcıl olaraq nüvə sazişi sazişinə (Birgə Kompleks Fəaliyyət Planı – JCPOA) güclü dəstək veriblər. ABŞ-ın sazişdən “qeyri-qanuni və birtərəfli” çıxmasından sonra üç dövlətin mövqeyi dəyişməyib. Rusiya, Çin və İran razılaşmaya üzv olan Qərb dövlətlərinin verdikləri vədlərə baxmayaraq, fərqli yol seçdiklərindən təəssüfləndiklərini bildiriblər.

Birgə bəyanatda vurğulanıb ki, JCPOA-nın müddəaları qüvvədə qalır və nüvə sazişinin tam icrası İranın dinc nüvə proqramı ilə bağlı əksər sualları həll edə bilər və gərginliyi azaltmaq üçün bir vasitə rolunu oynayacaq.