ABŞ prezidenti xüsusi nümayəndəsi Stiv Uitkoff danışıqlar nəticəsində Rusiya Federasiyasının işğaldan azad etdiyi Ukrayna ərazilərində nəzarəti saxlaması ideyasını dəstəkləyir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə The Times ABŞ Təhlükəsizlik Şurasındakı mənbəyə istinadla məlumat verib.
Qəzetin məlumatına görə, məsələ Uitkoffun Moskva səfəri zamanı müzakirə olunub. Bildirilir ki, bu şərtin yerinə yetirilməsi Kiyevin Ukrayna konstitusiyasına uyğun olaraq sərhədlərin dəyişdirilməsi ilə bağlı bütün Ukraynanı əhatə edən referendum keçirməsinin qarşısını alacaq.