Moskva terrora qarşıdır – Lavrovbackend

Moskva terrora qarşıdır – Lavrov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya bütün formalarda terrorizmi qəti şəkildə pisləyir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ərəb Dövlətləri Liqası (LAS) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirliyinin rəhbərləri ilə görüşündə deyib.

Bununla belə, o vurğulayıb ki, bu şərlə mübarizədə kollektiv cəza formasını alan və beynəlxalq humanitar hüquq normalarını pozan üsullardan qaçmaq lazımdır.

Lavrov Qəzza zolağında fəlakətli humanitar nəticələrə də diqqət çəkib və daxil olan humanitar yardımların çatışmazlığını qeyd edib .