Rusiya YUNESKO-nun rəhbəri Odri Azuledən Ukrayna Silahlı Qüvvələri tərəfindən rusiyalı jurnalistlərin öldürülməsinə layiqli cavab verilməsini tələb edir.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın məsələ ilə bağlı şərhində deyilir.
“Rusiyalı hərbi jurnalistinin vəhşicəsinə qətlə yetirilməsinə Odri Azuledən layiqli cavab verilməsini tələb edirik. Biz bütün digər insan haqları təşkilatları və strukturlarından da bu vəhşiliyin eyni dərəcədə sərt şəkildə qınanmasını gözləyirik”, – diplomat vurğulayıb.