Moskva və Bakı bu qadağaları götürür?backend

Moskva və Bakı bu qadağaları götürür?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda Lavrovun diqqətinə iki məsələ çatdırılıb: Rusiyada bir neçə rusdilli saytımız bloklanıb, bu yolverilməzdir; Rusiyannın “RİA Novosti” agentliyi erməni separatçılarından biri ilə Azərbaycan əleyhinə reprotaj yayımlayıb, bu təkrarlanmamalıdır.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu nazirlər Ceyhun Bayramov və Serger Lavrov arasında bu gün baş tutan görüş haqda danışarkən deyib.

O bildirib ki, bu gün imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” həm saytlarımızın bloklanmasının qarşısını almalıdır, həm də Rusiyanın dövlət nəzarətindəki media qurumları Azərbaycan əleyhinə xəbərlər, reportajlar yayımlamamalıdırlar:

“Ancaq böyük ehtimalla Moskvanın da bizdən qarşılıqlı tələbi var. Saytlarımızı ona görə blokladılar ki, orada Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi tənqid olunurdu. Bu təbiidir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və əksəriyyətimiz Rusiya rəsmilərinin, o cümlədən Kremlin nəzarətindəki medianın “xüsusi əməliyyat” terminindən istifadə etmirik, adı üstündədir – bu, işğalçı müharibədir. Mən rusdilli saytlarımıza müsahibələrimdə də bunu məhz belə adlandırıram. Kremlin istəyi ilə işğala “xüsusi əməliyyat” demək mümkün deyil”.