Moskva vilayətinin Puşkino şəhərində hava hücumundan müdafiə sistemləri fəaliyyətə başlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə şəhərin rayon rəhbəri Maksim Krasnotsvetov öz Telegram kanalında məlumat verib.
“Xahiş edirəm, təhlükəsizlik qaydalarına əməl edin, küçəyə çıxmayın və pəncərələrdən uzaqlaşın. PUA-nın hissələrini tapsanız, qırıntılara yaxınlaşmayın və yoldan keçənlərə xəbərdarlıq edin. Fövqəladə hallar baş verərsə, dərhal 112-yə zəng edin”, – deyə rayon rəhbəri yazıb.
Bir neçə saat əvvəl Moskva meri Sergey Sobyanin bildirmişdi ki, hava hücumundan müdafiə sistemləri paytaxta doğru uçan üç pilotsuz təyyarənin hücumunu dəf edib. O qeyd edib ki, dağıntıların olduğu yerdə fövqəladə hallar xidmətinin mütəxəssisləri işləyir.